Valensa avtomobil qəzasına düşdü

  • By admin
  • 24 Avqust 2017 19:00

valensa

Polşanın keçmiş prezidenti Lex Valensanın içərisində olduğu, Hökumət Mühafizə Bürosuna məxsus avtomobil qəzaya düşüb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə yerli RFM.FM radiosu məlumat yayıb. Hadisə Qdansk şəhərində baş verib. “Citroen” markalı avtomobil eks-prezidentin olduğu limuzinlə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, limuzində sükan arxasında Hökumət Mühafizə Bürosunun zabiti olub. Avtomobil xüsusi siqnallar işə salınmadan hərəkət edib.

Qəzanın baş verməsində təqsirli olan “Citroen” sürücüsü cərimələnib.

Gununsesi.info