
Valeri Miladze azərbaycanlı həmkarı Emin Ağalarovla görüşmək üçün Bakıya gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Emin Ağalarov sosial şəbəkədə məlumat verərək gələn yayın festivalına Miladzenin də qatılacağını bildirib.
“Böyük müğənni Valeri Miladze ilə doğma şəhərim Bakıda görüşdük. Valeri II Beynəlxalq Jara Festivalındakı çıxışını artıq indidən təsdiqlədi”. Gununsesi.info









