Vali 175 min, CXP 2 milyon, Ərdoğan isə 170 min dedi

  • By admin
  • 15 İyul 2017 20:43
kemal-kilicdaroglu-manset
CXP və CXP genəl başqanı Kamal Kılıçdaroğlunun Ankaradan İstanbula doğru başlatdığı 25 günlük “Ədalət!” yürüşü sona çatsa da, onun ətrafında AKP-lilərlə CXP-lilər “söz duellosu” davam edir və görünən də  budur ki, bu “xəmir” hələ çox “su” aparacaq.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə görə, belə ki, məlum yürüşün son nöqtəsi olan, yəni,  “Maltəpə” mitinqində iştirakçıların sayı məsələsi ətrafında hər gün yeni iddialar səsləndirilir.
CXP mitinq iştirakçılarının sayının 1,7 milyon-2 milyon arasında olduğunu açıqlasa da, İstanbul valisi Vasip Şahin mitinqə qatılanların sayının  175 min nəfər olduğunu bəyanlayıb.
Bu məsələyə qarışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəqəm sayını bir az da aşağı endirib.
Xarici telekanallardan birinə geniş müsahibə verən Ərdoğan mintinqçilərin sayının 175 min deyil, 170 min nəfər olduğunu iddia edib.
“Biz 7 avqustda orada mitinq keçirdik və 2 milyon insan iştirak etdi. Bunu yalnız biz edə bilərdik və etdik də. Amma CXP-nin həmin məkandakı mintinqinə qatılanların sayı aşağı-yuxarı 170  mindən artıq ola bilməzdi və olmadı da…”-deyə, Ərdoğan sözlərinə əlavə edib.
Ərdoğanın bu fikirləri öz növbəsində  AKP ilə CXP arasındakı gərginliyin”dozu”nu daha da artırıb.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info