Valideyinləri bacı-qardaş çıxdı - "BACIM OLDUĞUNU BİLƏNDƏ ARTIQ GEC İDİ"

  • By admin
  • 01 İyul 2017 14:15

1498904540_510ca2c45d04ddb2ab462c71b0cb087f

Donna Prays (32) adlı qadın 2014-ci ildə valideyinlərinin analarının eyni olduğunu ortaya çıxarıb.

Gununsesi.info xarici KİV-ə istinadən məlumat verir ki, Donnanın valideyinlərinin münasibətləri, “ana bir, ata ayrı” bacı-qardaş olmalarına baxmayaraq, 10 ildir davam edib.

Donna anası və atasının, əslində, bacı-qardaş olduqlarını öyrənən kimi vəziyyəti polisə bildirib və 2 ildir davam edən istintaq nəticəsində cütlüyün günahkar olduğu ortaya çıxıb.

Digər tərəfdən Donnanın illərdir atası olaraq bildiyi Robin Prays öz bacısıyla cinsi əlaqə yaşamaqdan peşmanlıq duyduğunu, amma bacısı olduğunu öyrənməmişdən əvvəl ona aşiq olduğunu söyləyib.

Valideyinlərinin bacı-qardaş olduqlarını öyrəndiyindən bəri hələ özünə gələ bilmədiyini deyib.

Özünü xəyanətə uğramış hiss edən Donna “Uşaqlığım tamamilə yalan imiş. Buna görə onlara nifrət edirəm. Onlara nə qədər nifrət etdiyimi ifadə edəcək elə təhqiramiz sözlər yoxdur” fikirlərini səsləndirib.

Gununsesi.info