Valideyn himayəsindən məhrum olan uşaqların müavinəti ARTIRILDI

  • By admin
  • 22 Yanvar 2022 14:29

2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Gununsesi.info