İngiltərəin Kolçester şəhərindən olan lesbian cütlük ekstrakorporal mayalanma vasitəsilə bir uşağı birlikdə bətnlərində daşıyan ilk valideyn olublar.
Gununsesi.org-un “The Mirror”ə istinadən xəbər verir ki , Jasmin Frensis-Smit sevgilisi Donna ilə 2014-cü ildə onlayn tanış olub, 2018-ci ildə ailə qurublar.
Sentyabrın 30-da 28 yaşlı Jasmin Otis adlı oğlunu dünyaya gətirib.
Ona 30 yaşındakı Donnanın bədənindən götürülmüş yumurta hüceyrələri köçürülüb.
Həkimlər əvvəlcə yumurta hüceyrəsini çıxararaq mayalandırıblar, sonra yenidən Donnanın bətninə 18 saatlıq yerləşdiriblər. Yalnız bundan sonra mayalanmış hüceyrə Jasminə köçürülüb.
Qadınların sözünə görə, bu proses onları emosional olaraq yaxınlaşdırıb. Hər ikisinin Otislə bağlılığı olduğundan, doğulan uşağı ortaq övladları hesab edirlər.
Həkimlər bunun ilk “ortaq analıq” proseduru olduğunu bildirir və belə mayalanmanın embriona əlavə qida verdiyini hesab edirlər.
Xatırladaq ki, bir müddət öncə Barri Drevitt Barlou adlı şəxs qızının keçmiş sevgilisi ilə münasibət qurub və “surroqat analıq” yolu ilə onunla övlad sahibi olmağı planlaşdırdığını bildirib. Onlar əkiz qız uşaqlarının olmasını istəyirlər.
Hadisənin təfərrüatları qarışıq filmi xatırladır.
Belə ki, Barri 1996-cı ildə Toni adlı kişi ilə evlənib və onlar İngiltərədə ilk gey valideynlər olaraq qeydiyyata alınıblar. Daha sonra ABŞ-ın Florida ştatında lüks bir malikanədə köçüblər. Cütlük “surroqat analıq” biznesilə məşğul olaraq pul qazanıb.
2006-cı ildə Toniyə xərçəng diaqnozu qoyulduqdan sonra Barri dastək aldığı köməkçisi Skott Hatçinsonla yaxınlaşıb.
Hazırda Toni müalicədən sonra remissiya vəziyyətindədir, 50 yaşlı Barri isə ondan ayrılaraq, 25 yaşlı Hatçinsonla görüşür.
Həmin Hatçinson vaxtilə Barrinin 19 yaşlı qızıyla sevgili olub. Hazırda hamısı eyni evdə yaşayırlar.
Barri ailəsinin “qeyri-adi” olduğunu, lakin gələcək övladlarını ətrafdakıların mənfi düşüncələrindən qorumaq niyyətində olduğunu bildirdib.
Bu arada, Tonı xəyanətkar sevgilisinin planını tam dəstəkləyir və uşaqlarının “xaç atası” olmaq niyyətindədir.