Valideynlər uşağı susdurmaq üçün telefon verirlər

  • By admin
  • 06 Aprel 2022 16:12

“Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Problemin əsas səbəbi də valideynlər özləridir”.

 

Gununsesi.info  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

 

Ə.Quliyev bildirib ki, bir yaşına qədər uşağın valideynə ehtiyacı olur:

 

“Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır”.

 

Pediatr valideynlərə uşaqlarla təması artırmağı xahiş edib:

 

“Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar”.

Gununsesi.info