Valideynləri 11 gün əvvəl itkin düşmüş tələbə oğlanı axtarırlar

  • By admin
  • 01 Oktyabr 2019 19:56
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gün əvvəl itkin düşüb.
Gununsesi.org xəbər verir ki, bu barədə  tələbənin atası Əfqan Cəfərov məlumat verib. Atanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də danışıb.
“Əsədulla Azərbaycan Dillər Universitetində təhsil alır. O, çox tərbiyəli oğlandır.
Bu il onun təhsil haqqını ödəyə bilməmişik. Buna görə çox narahat olduğu üçün evdən gedib. O vaxtdan oğlumdan xəbər yoxdur.
Biz “Qara Qarayev” metrosunun yaxınlığında yaşayırıq. Oğlumun itkin düşməsi ilə bağlı 25 saylı Polis Bölməsinə məlumat vermişəm”.
Qeyd edək ki, Əsədulla Cəfərovla bağlı hər hansı məlumatı olan şəxslər onun atası ilə əlaqə saxlaya bilərlər.
Əlaqə nömrəsi: (050) 461-53-17
Gununsesi.org