Türkiyədə yeniyetmə bir qız səhər saatlarında valideynlərini eyvana bağlayaraq evdən qaçəb.
Gununsesi.info türk mediasına istinadla xəbər verir ki, qoruyucu ailənin Manavqat Rayon Jandarma Komandanlığı Mərkəzi Polis Bölməsinə itkin düşdüyü barədə şikayət ərizəsi verməsindən sonra qızın axtarışlarına başlanılıb.
Övladlığa götürən ata, “Həyat yoldaşımla övladım yox idi. Hatayda 4 yaşlı A.D. və 3 yaşlı bacısı üçün himayədar ailə olduq. 10 ildir bizimlə yaşayırlar. Hatay zəlzələsindən sonra buraya gəldik. Əvvəl qaçmağa cəhd etdi. 2 gün əvvəl qaçdı. Dünən gecə tapılaraq bizə təhvil verdilər. Bu gün biz balkonda olarkən qapını bağlayıb, yenə qaçdı. Artıq gücümüz yoxdur. Başına pis bir şey gəlməmiş onun tapılmasını istəyirik”, deyə əlavə edib.
Gununsesi.info