“Valyuta ehtiyatlarımız artıb” - Prezident

  • By admin
  • 12 Yanvar 2022 19:37

“Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalı 5%-dən çox artıb, həm də qeyri-neft sənayemiz 20%-ə yaxın artıb. Bu, hesab edirəm ki, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Çünki neft amilini biz kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir. Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, böyük xərclərimiz olub keçən il. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində. Və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilib. Buna baxmayaraq, 2,5 milyard dollar valyuta ehtiyatlarımız artıb”, – dövlət başçısı qeyd edib.

Gununsesi.info