Valyuta ehtiyatlarımız son 5 ilin maksimumuna çatıb

  • By admin
  • 16 İyun 2022 12:11

Strateji valyuta ehtiyatlarının uzunmüddətli artım dinamikası davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.

Hesabata görə, 2016-cı ildən etibarən valyuta ehtiyatlarında müşahidə olunan artım 2021-ci ildə də davam edib. Artım həm ARDNF-in vəsaitləri, həm də AMB-nin valyuta ehtiyatları hesabına baş verib.

Mərkəzi Bankın valyuta ehtiyatlarında 2016-cı ildən bəri artım tendensiyası davam etməklə 2021-ci ildə 7.1 mlrd. dollara çatıb. Bütövlükdə, il əzində valyuta ehtiyatlarının həcmi son 5 ilin maksimumuna çatıb.

Gununsesi.info