Ümumdünya Qızıl Şurası (World Gold Council) valyuta ehtiyatlarında qızılın payına görə ölkələrin oktyabr reytinqini açıqlayıb.
Gununsesi.info sənədə istinadən xəbər verir ki, Azərbaycan siyahıda 55-ci yerdə qərarlaşıb. Belə ki, ölkəmizin valyuta ehtiyatlarında qızılın payı 18,1% və ya 30,2 ton təşkil edib.
Reytinqə 8 135,5 tonluq qızıl ehtiyatı ilə ABŞ liderlik edir. İkinci yerdə isə Almaniya qərarlaşıb. Belə ki, adıçəkilən ölkənin 3 378,2 min ton ehtiyatı var.
Postsovet ölkələrinə gəldikdə, 1 526,1 ton ehtiyata malik olan Rusiya 7-ci yerdə qərarlaşıb. Şimal qonşumuz MDB ölkələri arasında liderdir. 244 ton ehtiyatı olan Qazaxıstan isə 21-ci yeri tutur. Belarus bizi qabaqlamağı bacarıb – 48-ci yerdə qərarlaşan ölkənin 40,5 ton qızıl ehtiyatı var.
Gununsesi.info