Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak ilə hərrac keçirilib.
AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprelin 18-nə USD/AZN rəsmi məzənnəsi 1,7026 səviyyəsində müəyyən olunub.
Gununsesi.info