Valyuta hərraclarında təklif tələbi üstələyir - Mərkəzi Bankın sədri

“10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib”.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”.

 

 

Gununsesi.info