Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5240 manat təşkil edib.
Avro isə manata qarşı zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 0,2% ucuzlaşaraq 1,7273 manata çatıb.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,23% möhkəmlənərək 0,0238 manat olub.
Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,06% güclənərək 0,5253 manata çatıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2337 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,6%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisi isə 0,63% ucuzlaşaraq 0,6943 manata çatıb.