Bu ölkədə 9 min insan koronavirusdan öldü – 11 milyon əhalisi var

  • By admin
  • 22 İyun 2020 10:34

Ötən ilin noyabr ayından etibarən Çindən bütün dünyaya yayılan koronavirusa yoluxanların sayı 9 milyonu keçib.

Gununsesi.org  xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən dünyada 470 mindən çox insan koronavirus səbəbi ilə dünyasını dəyişib. Bu xəstəliyə yoluxanların yarısından çoxu isə sağalıb.

ABŞ koronavirusa yoluxanların sayına görə siyahıda birinci yeri tutur. Braziliya ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb. Əhali sayının nisbətinə görə ən çox ölüm halları Belçika, İngiltərə, Fransa və İspaniyada baş verir.

Əhalisinin sayı 11 milyon olan Belçikada 60 mindən çox insan koronavirusa yoluxub, 9696 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib.

Bundan əlavə, yoluxma və ölüm sayına görə Pakistan və Meksikada da vəziyyət ağırlaşıb. Onlar siyahıda İran və Türkiyədən sonra qərarlaşıblar.

Gununsesi.org