“Vamko” qurbanlarının sayı 67-yə çatdı

  • By admin
  • 15 Noyabr 2020 17:21

Fillipinin Luson adasında tüğyan edən “Vamko” tayfunu nəticəsində ölənlərin sayı 67-yə yüksəlib.

Gununsesi.info bildirir ki, “Rappler” xəbər verib.

Onun məlumatına görə, 12 nəfər itkin düşmüş hesab edilir. Daha əvvəl 43 nəfərin həlak olması və 43 nəfərin xəsarət alması barədə xəbər verilirdi.

Tayfun nəticəsində 25 mindən çox ev zədələnib. Adanın kənd təsərrüfatı və infrastrukturuna dəymiş ümumi ziyan hazırda 34 milyon dollardan çox qiymətləndirilir.

 

 

Gununsesi.info