Vaqif Əsədov: “Asta sürənlər cərimələnəcək”

  • By admin
  • 15 Avqust 2016 11:08
Vaqif Asadov police
Əgər indiyədək sürət həddini aşanlar cəzalandırılırdısa, bu dəfə sürət həddindən aşağı sürən sürücülər cərimələnəcəklər. Odur ki, sürücülər yollarda  gstərilən sürət həddinə uyğun olaraq avtomobilini idarə etməlidir. Yolda sürət həddi 100-120 km/saatdırsa, sürücü də avtomobili o sürət həddində idarə etməlidir.
Yüksək sürət həddi olan yollarda avtomobili avtomobili nəzərdə tutulan sürət həddində idarə etməyənlər cərimələnəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda saatda 80-90 kilometr sürətlə sürmək olmaz. “Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə isə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır. Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən, sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər”- V.Əsədov vurğulayıb.
Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaranır.
Gununsesi.info