
Dünya pivə sənayesinin liderlərindən sayılan “Carlsberg Group”un bir hissəsi olan “Baltika-Bakı” şirkəti və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Sərxoş sürücülük” probleminə həsr edilmiş birgə aksiya keçiriblər.
Bu haqda Gununsesi.info-ya şirkətdən məlumat verilib. Belə ki, aksiya dünya pivə istehsalçılarının “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” (“Global Beer Responsibility Day”) adlı qlobal təşəbbüsü çərçivəsində təşkil edilib.
2015-ci ildə dünyanın aparıcı pivə istehsalçıları tərəfindən başlanmış “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” təşəbbüsü ayıq halda idarəetmənin əhəmiyyəti barədə əhalinin məlumat səviyyəsinin artırılmasına, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən və sükan arxasına alkoqollu içkilərin qəbul edilməsinin yolverilməzliyinə və ümumiyyətlə alkoqol istehlakı mədəniyyətinin inkişafına hədəflənib. 2015-ci ildə ABŞ, Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya, Ukrayna və Çinin də daxil olduğu bir sıra ölkədə bu təşəbbüs çərçivəsində aksiyalar keçirilib. Bu ənənin təşəbbüskarlarından olan “Carlsberg Group” pivə bazarlarında mövcud olduğu ölkələrdə bu problemlərin həllinə böyük diqqət yetirir.
“Carlsberg Group”un bir hissəsi olan “Baltika-Bakı” şirkəti sözügedən təşəbbüsə 2016-cı ildə qoşulub. Sentyabrın 16-daBakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və “Baltika-Bakı” şirkəti qəza baxımından şəhərin təhlükəli olan nöqtələrdə sərxoş halda avtomobilin idarə edilməsi problemini işıqlandıran aksiya həyata keçiriblər. Yol polisi əməkdaşları avtomobilləri saxlayaraq sürücülərə könüllü alkoqol testindən keçməyi təklif edib və daha sonra 16 sentyabr tarixinin “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” olduğunu bildiriblər. “Baltika-Bakı” şirkətinin nümayəndələri isə sürücülərə sərxoş halda sükan arxasına keçmənin risklərini və müxtəlif spirtli içkilərin orqanizmdə həzm olunması müddətlərini əks etdirən məlumat kitabçası və suvenirlər təqdim ediblər.
Aksiya çərçivəsində yol polisi və “Baltika-Bakı” şirkəti tərəfindən şəhərin beş nöqtəsində birgə reydlər keçirilib.
“Baltika-Bakı” şirkətinin baş direktoru Viktor Semak aksiyanın keçirilməsinin məqsədini açıqlayıb: “Mövcud olduğumuz bazarlarda ictimai problemlərə diqqət yetirmək şirkətimizin ənənəsidir: “ “Baltika-Bakı”nın “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü”ndə bu beynəlxalq təşəbbüsə qoşulmaq qərarı sözügedən problemə cəmiyyətin diqqətini cəlb etmək və hər növ alkoqollu içkinin məsuliyyətli istehlakını təşviq etməyin əhəmiyyətindən irəli gəlir. Mən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinəməsələyə biganə yanaşmadıqlarına və aksiyanın təşkilində əməkdaşlığa görə dərin təşəkkürümü bildirirəm”.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, təəssüf ki, hər il dünyada yüzlərlə insan sərxoş halda avtomobil idarə edilməsinin qurbanı olur və bu baxımdan şəhərimiz də istisna deyil: “Şübhəsiz, biz bu problemi maksimal dərəcədə effektiv həll etmək üçün əlimizdən gələni əsirgəmirik və son illər ərzində bu cür qayda pozuntularının sayı azalmaqdadır, lakin Bakı şəhərinin yollarında təhlükəsizliyi təmin etmək məqsədilə sözügedən işləri tam qüvvədə davam etmək bizim başlıca vəzifəmizdir və ölkənin aparıcı pivə istehsalçısı olan “Baltika-Bakı” şirkəti ilə əməkdaşlıq çərçivəsində bu aksiyanın keçirilməsi, avtomobil sahiblərinə ayıq sürücülüyün vacibliyini bir daha xatırlatmaq üçün əla imkandır. Digər tərəfdən mən şadam ki, “Baltika-Bakı” simasında alkoqollu məhsul istehsalçısı bu məsələnin əhəmiyyətini anlayır və şəhərimizin sakinlərinin təhlükəsizliyini hər şeydən üstün tutur”.
***
Qeyd edək ki, Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü (Global Beer Responsibility Day)
2015-ci ildə əsası qoyulmuş Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü pivə istehsalçılarının, topdan və pərakəndə satış nümayəndələrinin, dövlət və hüquq mühafizə orqanlarının, QHT-lər və digər tərəfdaşların səylərinə diqqətləri çəkməyə hədəflənən “Anheuser-Busch InBev”, “Carlsberg” və “HEINEKEN” şirkətlərinin başladığı təşəbbüsdür. “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü”ndə üç pivə istehsalı şirkəti alkoqolun zərərli istehlakı, həmçinin sərxoş halda avtomobilin idarə edilməsi və yetkinlik çatmamış şəxslərin alkoqoldan istifadə etməsi hallarını azaldan müxtəlif proqramları tətbiq edəcək, həmçinin xidmət və satış nümayəndələri üçün təlimlər və istehlakçılar üçün tədris proqramlarını həyata keçirir.
Gülnaz Qənbərli
Gununsesi.info