Bakı şəhər Dövlət Yol Polisi İdarəsi gənc fəal Bəxtiyar Hacıyevin paytaxt küçələrində YPX avtomobillərinin çoxluğu və sürücülərin kütləvi surətdə cərimə edilməsinə dair iddalarına cavab verib.
Bu barədə Gununsesi.info-ya açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu gün yol polisi əməkdaşları Bakının müxtəlif küçə və prospektlərində təhlükəsiziliyin təmin olunması, süni tıxacların, tıxacların qarşısının alınması,dayan-durma, parklama tələblərinin yerinə yetirilməsi, piyadaların vurluması hallarının önlənməsi məqsədi ilə fəal xidmət göstərir. “Bəxtiyar Hacıyevin qeyd etdiyi ərazidə, xüsusən də, Cəfər Cabbarlı küçəsində piyadaların vurulmasının, yol-nəqliyyat hadisələrinin, süni tıxacların qarşısını almaq, təhlükəsizliyin təmin olunması məqsədi ilə daha çox yol polisi xidmət göstərir. Yol polisi təkcə Bəxtiyar Hacıyevin adı çəkdiyi ərazidə deyil, ümumiyyətlə, “20 Yanvar”, “Şamaxinka” deyilən yerdə, Biləcəri enişində, “8-ci km” deyilən ərazidə, “Qara Qarayev”, “Neftçilər”, “Nizami”, “İnşaatçılar”, “Koroğlu”, “Xalqalr dostluğu” metrostansiyasının yaxınlığında, həmçinin, Ziya Bünyadov prospekti boyunca, Rəşib Behbudov küçəsi, “Neftçilər” prospekti, Həsən bəy Zərdabi və hərəkətin daha intensiv olduu küçə və prosektlərdə yol polisi təhlükəsizliyin təmin olunması, tıxacların, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, dayanma-durma, parklama tələblərinin düzgün yerinə yetirilməsi məqsədi ilə xidmət göstərir. Yuxarıda adıçəkilən problemlərin yaşanmması məqsədi ilə həmin ərazilərdə daha çox yol polis əməkdaşı xidmət göstərir”- deyə, Vaqif Əsədov vurğulayıb.
V. Əsədovun sözlərinə görə, ancaq bu gün B. Hacıyevin yol polisinə olan bu aqressiv mövqeyinin səbəbi başadüşülən deyil: “Məndə olan məlumata görə, son günlərdə o, iş-gücünü buraxaraq gizlin yerlərdə dayanraq yol polsinin fəaliyyətində nöqsanlar aşkar etmək məqsədi ilə yol polsininin addımlarını lentə almaqla məşğuldur. Görəsən, o, bununla nə etmək istəyir? Məqsədi nədir ki, yol polisini belə hədəf seçib? Bəxtiyar Hacıyev bilməlidir ki, əgər bu gün onun dediyi ərazilərdə yol polisi əməkdaşı fəaliyyət göstərməsə, necə ciddi problemlər yaranar. Düzdür, qanunla yol polsi əməkdaşlarının xidmət əraziləri bölünüb və hansı məsafədən bir xidmət göstərməlidir, ancaq Bakıda hərəkətin intensivliyi və sıxlığını nəzərə alaraq, sürücü və vətəndaşaların rahat, təhlükəsiz və tez mənzilbaşına çatması, süni tıxacların, xoşagəlməz halların qarşısını almaq, yol-nəqliyyat hadisələrinin baş verməməsi, təhlükəsizliyin təmin olunması məqsədi ilə hərəkətin intensiv olduğu ərazilərdə yol polis əməkdaşlarının sayı artırılır. Məqsəd bundan ibarətdir”.
V.Əsədov əlavə edib ki, əgər polis belə problemin qarşısını almasa, o zaman fəal B. Hacıyev xalqın yaranmış problemin qaldırılmaması ilə bağlı polisə qarşı etirazlarına görə, sinəsini qabağa verə biləcəkmi?
“Odur ki, şəxsən onunla görüşüb yaranmış vəziyyəti, onun məqsədini üzbəüz müzakirə etmək istərdim”- deyə, V.Əsədov bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info