Vaqif Əsədov dəfn edildi

  • By admin
  • 20 May 2022 13:19

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov dəfn olunub.

Gununsesi.info xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gununsesi.info