Vaqif Əsədov: “Qayda pozuntusu varsa, cəriməni ödəyəcəyəm”

  • By admin
  • 08 İyun 2016 14:19

Vaqif Asadov police

Bu gün Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun qayadnı pozaması ilə bağlı xəbərlər mətbuatda yer aldı. Gununsesi.info xəbər verir ki, DYP rəsmisi bununla bağlı açıqlama verib.

Vaqif Əsədov qayda pozmadığını etiraf edib.

O, AzVision.az-a haqqında yayılan xəbərlərin qərəzli olduğunu, xidməti avtomobillə qaydaları pozmadığını bildirib.

V.Əsədov qeyd edib ki, qayda pozuntusu təsdiqlənərsə, cərimə ödəməyə hazırdır.

“Əgər orada qayda pozuntusu varsa, cəriməni ödəyəcəyəm. Belə sensasiya xarakterli məlumatlar yaymaq düzgün deyil. Yenə deyirəm ki, mən qaydaları pozmamışam. Qaydanı pozsam, cəriməni hamından əvvəl ödəyərəm. Hamı qanun qarşısında bərabərdir. Kimliyindən aslı olmayaraq, qaydanı pozan hər kəs cəzasını çəkməlidir”.

Qeyd edək ki, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. Həmin fotoda da V.Əsədova məxsus xidməti avtomobilin siren işqıları yanılıdır.