Vaqif Axundovun həbsdəki qohumu azadlıqda

  • By admin
  • 02 Avqust 2021 13:06

Bir beçə gün əvvəl rüşvət almaqda şübhəli bilinərək 1 həftə əvvəl həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.
Gununsesi.info bildirir ki, Vüsal Babayev barəsində həbsqətimkan tədbiri məhkəmənin qərarı ilə ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, onun həbsi barədə ilk xəbəri Gununsesi.info yazmışdı.
O, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Onu da deyək ki, Vüsal Babayev həbs edilərkən günahsız olduğunu və aclıq aksiyasına başladığını demişdi.

Gununsesi.info