Vaqif Dərgahlı Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirib - İNFORMASİYA MÜHARİBƏSİNDƏ ERMƏNİLƏRLƏ UDUZURUQ

  • By admin
  • 19 İyul 2020 10:51
Tanınmış ictimai xadim Qubad Ibadoğlu Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlının məsuliyyətsiz bəyanatının dünyada Azərbaycanı qınaq obyektinə çevirdiyini yazıb.
Gununsesi.org professorun bununla bağlı qeydlərini təqdim edir :
“Reuters” agentliyi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova istinadən məlumat yayıb ki, Ermənistanla sərhəd bölgəsində baş verən son olaylardan sonra Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb. Buna cavab olaraq, Ermənistanın baş naziri də Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlıya istinadən bütün dunyaya car çəkiblər ki, Azərbaycan Metsamor AES-i vurmağa hazırlaşır və bu nəinki Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər, hətta regionda ikinci Çernobıl effekti yarada bilər. Bununla əlaqədar olaraq nüfuzlu beynəlxalq mətbuatda Azərbaycanın insanlıq əleyhinə qlobal təhlükə yaradacağına dair çoxsaylı yazılar dərc olunmağa başlayıb. Bir sözlə, Vaqif Dərgahlının bilməyərəkdən (bilərəkdən də ola bilər) yaydığı bəyanatı ölkəmizin haqq səsini batırmaqla yanaşı bütün dünyanı üzərimizə qaldırıb. Bir də gördünüz ki, ermənilər Metsamorun enerji bloklarının birində özləri qəza törədib onun məsuliyyətini də Azərbaycanın üzərinə atdılar. Hazırda sərhəddə sakitlikdir, amma dünya mətbuatında Azərbaycan Ermənistan arasında informasiya müharibəsi gedir. Belə səriştəsiz açıqlamalar bizim mövqeyimizi çox zəiflədir. Mən də bilirəm ki, Vaqif Dərgahlı bu bəyanatı ermənilərin Mingəçevir SES-i vuracağıq hədəsinə cavab olaraq verib, amma gərək peşəkarlıq nümayiş etdirib deyəydi ki, biz də Mehri Su Elektrik Stansiyasını, Loriberd Su Elektrik Stansiyasını, Şnoxs Su Elektrik Stansiyasını, yəni 1-nin əvəzinə 3-nü vuracagıq. Hərbi polkovnik AES-in vurulmasının fəsadlarını təsəvvür edə bilməyib deyə ona bəraət qazandırmayın. Mən də ermənilərin heç bir hədəsinin cavabsiz buraxılmasını istəmirəm. Amma cavab gərək peşəkar və ölçüb biçilmiş ola, bizim əleyhimə istinadlara çevrilməyə.”
Gununsesi.org