“Ulduz” aylıq ədəbiyyat dərgisi Azərbaycan Ədəbiyyat Fondu ilə birlikdə Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə start verib.
Müsabiqənin şərtləri ilə bağlı verilən informasiyaya görə, şeirlərin qəbulu prosesi martın 1-dən aprelin 30-na kimidir. Müsabiqə 35 yaşa qədər qələm adamları arasında keçirilir. “Kəpəz hospital”ın təşkilati, “Ədəbiyyat və İncəsənət” portalının isə informasiya dəstəyi verdiyi müsabiqəyə təqdim ediləcək şeirlər “musabiqe85@mail.ru” poçtuna göndərilir. Xatırladaq ki, hər müəllif yalnız iki şeirlə iştirak edə bilər (Vord formatda).
Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.
Gununsesi.info