
Ötən həftə Rusiyada baş verən “Wagner” qiyamından sonra yeni hadisələr baş verir. Ukrayna müharibəsində Rusiya adına döyüşən “Wagner” özəl hərbi şirkəti Rusiya ordusu və hökumətinə qarşı başlatdığı silahlı qiyamın yatırılmasından sonra ortaya yeni məlumatlar çıxıb. Qərb mətbuatının yaydığı həmin məlumatlara görə, “Wagner’ fəaliyyətini davam etdirir.
24 saat kimi qısa müddətdə sona çatan “Wagner” üsyanının əks-sədaları davam edir. Muzdlu “Wagner” qrupunun lideri Priqojinin rus ordusuna, dərhal sonra isə Rusiya prezidenti Vladimir Putinə qarşı üsyan bayrağı qaldırmasından sonra baş verənlər dövlət çevrilişi cəhdi kimi qiymətləndirilib və böhran qısa zamanda aradan qaldırılıb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçilik cəhdlərindən sonra Belarusa çəkilən “Wagner” əsgərlərinin hərbi texnikasının Rusiya Silahlı Qüvvələrinin bölmələrinə veriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Bundan əlavə, Lukaşenko “Wagner”in lideri Priqojinin taleyi ilə bağlı açıqlamalar vermişdi. Rusiya prezidenti Vladimir Putinin Priqojinlə bağlı verdiyi zəmanətləri yerinə yetirdiyini ifadə edən Lukaşenko, “Bəli, Priqojin bu gün Belarusdadır. Ona söz verdiyim kimi, bir müddət Belarusda qala bilərlər. Bu işdə kömək edəcəyik” sözlərini işlətmişdi.
Maraqlıdır ki, böhranın sona çatdığı düşünülərkən, Qərb mətbuatında Vaqner Qrupu ilə bağlı təəccüblü iddialar səsləndirilir. “BBC”-nin xəbərinə görə, “Wagner” qrupu hələ də Rusiyada özlərinə döyüşçülər cəlb edir.
“Wagner”in işə götürmə bürolarında çalışan rabitəçi zabitlərin işlərini davam etdirdiyini və heç bir şeyin dəyişmədiyini iddia edən “BBC” İnformasiya Agentliyi “Wagner” rəsmilərinin döyüş məktəbləri və boks klubları kimi yerlərdən döyüşçülər axtararaq toplamağa davam etdikdilərini bildirib.
Gununsesi.info