Vagner muzdlularına döyüş veteranı sertifikatlarının verilməsi imtina edilir.
Gununsesi.info xəbər verir ki, bu barədə onların qohumları VK-da Vətən Müdafiəçiləri dövlət fondu qrupunun şərhlərində yazıb.
Bu sənəd olmadan da onlar dövlət tərəfindən müavinət və dəstək almaq hüququna malik deyillər. Xüsusilə, hərtərəfli tibbi, psixoloji və sosial reabilitasiya, sanatoriya müalicəsi və hüquqi yardım.
Əldə olunan məlumatlara əsasən, fond bütün döyüş veteranlarını, o cümlədən Müdafiə Nazirliyinin hərbi qulluqçularını və könüllüləri dəstəkləsədə, muzdlulara bu dəstək verilmir.
Bildirilir ki, ölkənin Müdafiə Nazirliyi bunun üçün xüsusi komissiya yaratmalıdır. Lakin bu barədə hələki göstəriş verilməyib.
Qeyd edək ki, Özəl Hərbi Şirkət (CVK) döyüşçülərini döyüş veteranları kimi tanıyan qanun layihəsi Dövlət Duması tərəfindən qəbul edilib və 2023-cü ilin aprelində prezident tərəfindən imzalanıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info