“Vaqner” qüvvələri Voroneji tərk edirlər -VİDEO/FOTOLAR

  • By admin
  • 25 İyun 2023 12:40

Səhər saatlarından etibarən “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Rusiyanın Voronej vilayətini tərk edir.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda təşkilatın bayrağı olan maşınların “Don” şosesində hərəkəti görünür.

Bundan əlavə “Vaqner” qüvvələri Lipetsk bölgəsini də tərk ediblər.

Regional hökumətdən verilən məlumata görə, hər iki vilayətdə şəhərlərarası avtobusların fəaliyyəti bərpa edilib.

Ötən gecə “Vaqner”in rəhbəri Yevgeni Priqojin və döyüşçülərinin Rostovu tərk etdiyi barədə kadrlar yayılmışdı.