Yevgeni Priqojin şikəst olmasaydı, olimpiya medallı bir avarçəkən ola bilərdi. Sovetlər Birliyi dönəmini ən etibarlı məktəblərindən olan Sankt-Peterburqdakı 62 nömrəli İdman Məktəbində oxuyub. Bu məktəb dünya çapında olimpiya idmançıları yetişdirən bir yerdir.
Gununsesi.info xarici mətbuata istinadən hərbi üsyan başladan Yevgeni Priqojinlə bağlı yazını sizə təqdim edir.
İdman karyerasışikəstliklə sonlanan Priqojinin adı zamanla etdiyi cinayətlərlə anılmağa başlayıb.
18 yaşındaykən oğurluqdan günahkar bilinir. Ancaq bundan sonra adı bir neçə oğurluğa qarışır. 19 yaşında olduqda, evə girərək şərab, güldan və salfetlər oğurlamışdı.
Bu kiçik oğurluqlar daha böyük cinayətlərin önünü açdı. Dostları ilə birlikdə gecə qaranlıq küçədə qarşısını kəsdikləri bir adamdan 250 rubl oğurlayırlar. Başqa bir qadının boğazınıa yapışaraq qızıl küpələrini və çantalarını qəsb edirlər.
Bu cinayətlərdən 13 il həbs cəzasına çatdırılarkən 20 yaşında idi.
Sossiskaçılıqdan gələn sərvət
1990-cı ildə həbsdən çıxır. Leninqrad ertəsi ilə Sankt-Peterburq adlandırılır. Yeni bir başlanğıc etməyə qərar verir.
Sosiskalı “sendviç” satmağa başlayır. Bir qəzetdə verdiyi reportajda sossiskalara qoyduqları xardalı anası ilə mətbəxdə hazırladıqlarını, aylıq qazanclarının 1000 dollara çatdığını anladırdı.
“Elə ki, pul dəstələri dağ hündürlüyündə idi. Anam saymaqda çətinlik çəkirdi”.
Priqojin cinayətkar bir oğrudan bacarıqlı bir yatırımçıya çevrilmişdi. O, bunu güclü çalışqanlıqla əlaqələndirsə də, keçmiş oliqarx Mixail Xodorovskinin fikrincə, tam de həmin cür olmayıb.
Putin ilə ilk təmas
1990-cı illərin ortalarında restoranların birində Priqojin Peterburqun Bələdiyyə Başçısının köməkçisini qəbul edir. Bu adam Vladimir Putin idi.
Putinin iqtidara gəlməsi Priqojinin də önünü açır. “Concord” adlı yemək şirkəti ilə Kremlinin yemək0içmək xidmətlərini üzrəinə götürür. “Putinin aşbazı” ləqəbini alır.
Putin Priqojinin Neva çayının üzərində açdığı qayıq restoranı o qədər sevmişdi ki, dünya liderlərini də burada qəbul etməyə başlamışdı.
Putin keçmiş ABŞ Prezidenti Corc Buşla görüşündəki fotolarda arxada xidmət edən Priqojini görmək mümkün idi.
“Condord” şirkəti məktəb, dövlət qurumları, xəstəxana və ordu üçün sifarişlər alırdı.
Şirkətin gerçək müştəriləri rus müdafiə qurumları idi. Orduya yemək paylamaq işi zamanla onu ölkənin ən önəmli əsgəri fiqurlarından birinə dönüşdürür.
2014-cü ildə Ukraynanın şərqində başlanan hücumla Priqojinin sıradan bir iş adamı olmadığını göstərən işarələr gəlməyə başlayır.
Ukraynanın şərqindəki Donbasda ortaya çıxan sehirli savaşçıların elə Priqojinlə əlaqəli olduğu danışılırdı.
“Vaqner”in yaranışı
Donbasdakı hərbçiləri döyüşdürən bu özəl əsgəri şirkətin “Vaqner” olduğu sonradan bilinir.
“Ukraynanın faşistlərdən təmizlənməsi” şüarları ilə hərəkət edirdilər.
Putinin Ukraynaya müdaxiləsini topyekun bir işğala döndərdiyi 2022-ci ilin fevral ayında minlərlə “Vaqner” döyüşçüsü bu hərəkata dəstək verməyə başladı.
Zamanla Kremlinin hərbi nüfuzunu genişlətmək istədiyi bölgələrə yönəldilər. Suriya, Mali, Liviya, Orta Afrika Respublikasında döyüş səhnələri aldılar.
Priqojin 2022-ci ilin sentyabr ayına qədər “Vaqner” ilə əlaqəsini rədd etdi. Sonra qrupu elə 2014-cü ildə qurduğunu etiraf etdi. Yalnız silahlarla deyil,”klaviyatura adamları” ilə Rusiyanın xarici siyasətində təsirli rol oynadı.
Trol ferması
Qurduğu trol ordusu ilə sosial media və internet saytlarını təsirli bir şəkildə işlətdi.
FBİ-nin keçmiş başçısı Robert Mueller Peterburq mərkəzli Priqojinin rəhbərliyindəki İnternet Araşdırma Agentliyini Donald Trampın qazandığı ABŞ seçkilərinə müdaxilə etməklə ittiham etdi.
Şoygu və Gerasimov ilə iplərin gərilməsi
Rusiya Ukraynada istədiyini ala bilmədikdə, Priqojinin rus ordusu ilə arası açılmağa başlayır.
O, Müdafiə Naziri Sergey Şoyqu və Qərargah rəisi Valeri Gerasimova olan tənqidlərinin dozasını artırır. O, rus ordusunun “Vaqner”ə gərəkli silah və cəbbəxana təmin etmədiyini iddia edir.
Rusların itkiləri artdıqca, “Vaqner” liderinə həbsxanalardan könüllü adam toplama yetkisi verilir
Ancaq ingilis kəşfiyyatının təxminlərinə görə, bu da işə yaramır.
Ukraynaya savaşa göndərilən məhkumların yarısı ya yaralanır, ya da ölür.
Bu dönəmdə Priqojinin Müdafiə Nazirliyi ilə arası açılmağa başlayır. Məhkumları öz heyətinə qatması əngəllənir.
May ayının sonunda Priqojin Sergey Lavrov və Şoyquya sərt qınaqlarını səsləndirir.
“Rus uşaqları cəbhədə ölərkən seçilmişlərin övladları ölkə çölünə oxumağa gedir”, deyir.
Bu gərginliklər 23 iyunda Priqojinin rus ordusunu Ukraynadakı “Vaqner” qüvvələrinə qarşı raket hücumu gerçəkləşdirməkdə ittiham etməsi ilə geridönülməz bir dönəmə girir.
Rusiya Müdafiə Nazirliyi rədd etsə də, hazırda ölkədə Priqojinin başçılığında bir üsyan var.
Tərcümə: Arzu