Rusiyada “Vaqner” hərbi qruplaşmasının başlatdığı üsyana dünya ölkələrindən açıqlamalar səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Polşa Prezidenti Andrey Duda yaşanan olayları yaxından izlədiklərini bildirib.
Duda müttəfiq ölkələrlə təmaslar olduqlarını bildirərək ölkəsinin şərq sərhəddində yaşanan hadisələri mütəmadi olaraq təqib etdiklərini vurğulayıb.
Latviyanın Xarici İşlər Naziri Edqars Rinkeviç isə ölkəsiində aidiyyatı qurumların ehtiyac duyulan önləmləri atdığını söyləyib.
Finlandiyanın Prezidenti Sauli Niinisto isə silahlı üsyanın Rusiyanın daxili işi olduğunu vurğulayıb.
Niinisto Rusiyadakı durumun aydın olmadığını və bir çox bilginin dövriyyədə olduğunu dilə gətirib.
Tərcümə: Arzu