“Var-dövlətimi artırmıramsa, o deputatlıq nəyimə lazımdır?” – Tahir Kərimli (VİDEO)

  • By arzu
  • 31 Yanvar 2020 15:35
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Vəhdət Partiyasının sədri Tahir Kərimlinin seçicilərlə görüşündə maraqlı anlar yaşanıb.

Gununsesi.org xəbər verir ki, görüşdə T.Kərimli deputat mandatı ilə bağlı maraqlı fikirlər səsləndirib.

O, bildirib ki, mandat millət vəkilinin özü üçün gərəklidir: “Mən neçə il məhkəmə sədri olmuşam. Düşünürdüm ki, ay Allah pensiyaya yaşım çatardı, təqaüdə çıxardım rahatlıq tapardım. Əgər mən özüm üçün çalışmıramsa, var-dövlətimi artırmıramsa, o deputatlıq mənim nəyimə lazımdır?”.