Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Politik.am saytı öz mənbələrinə istinadən xəbər yayıb.
***
13:54
CivilNet-ə açıqlamasında Vardanyanın həyat yoldaşı Veronika Zonabend əri ilə əlaqənin kəsildiyini, onun həbs xəbərini Azərbaycan mətbuatında gördüyünü deyib. O, başqa təfərrüatları açıqlamayıb.
***
14:43
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Gununsesi.info