Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Gununsesi.info-nun məlumatına görə, R.Vardanyana qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.
Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?
– 214.1 (terrorçuluğu maliyyələşdirmə)- bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
– 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə)- bu maddə ilə ittiham edilən şəxs 12 ildən 20 ilə və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) – maddənin sankiya həddi isə üç yüz manatdan 500 manata kimi cərimə və ya 2 ilə kimi azadlıqdan məhrum etməyə qədərdir.
Qeyd edək ki, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxsə yekun ittiham elan ediləcək.
Gununsesi.info