Vardanyanın ailəsinin seçdiyi vəkil işə qoşuldu

Qarabağda separatçılığı maliyyələşdirmə və digər ittihamlarla həbs edilən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Vardanyan Ruben Karlenoviçin müdafiəsinə yeni vəkil qoşulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. Onun hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada qorunduğu vurğulanıb.

Qeyd edilib ki, eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.

 

Gununsesi.info