Varlı kralın keçmiş arvadı olan “Miss Moskva” ərə gedir? – VİDEO

  • By admin
  • 26 Dekabr 2019 11:06

Keçmiş Malayziya kralı Sultan V Məhəmmədin keçmiş həyat yoldaşı, “Moskva gözəli” Oksana Voevodinanın yenidən evlənməsi ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.org xəbər verir ki, bu cür xəbərlərin ayaq açıb yeriməsinə Voevodinanın “Instagram” hesabındakı paylaşımı səbəb olub. Oksana gəlinlik libasında kamera önünə keçib və lentə alınan videonu yayımlayaraq bu şərhi yazıb.

“Beləliklə, yenidən ağ paltar geyindiyim gün gəldi”.

Sosial media əhli Voevodinanın reklam üçün gəlinlik geydiyini vurğulayıblar. Oksana isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, cütlüyün boşanması ilə bağlı məlumatlar iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb. İlkin məlumatlara görə, kral xəyanət səbəbindən Voevodinadan boşanıb. Ancaq “Miss Moskva” boşanma səbəbini açıqlamaqdan imtina edib.

Bundan sonra V Məhəmmədin vəkili Ko Tien Xua bildirib ki, Voevodinanın övladının bioloji atasının kral olduğu ilə bağlı heç bir obyektiv səbəb yoxdur. Öz növbəsində vəkil Dmitri Mordvinsev deyib ki, Malayziya qanunlarına və şəriətə görə V Məhəmmədin Voevodinadan oğlunu almağa haqqı var.

 

Gununsesi.org