Vasif İsmayılın anası doğum günündən bir gün əvvəl koronavirusdan vəfat etdi

  • By admin
  • 27 Dekabr 2021 22:08

Tanınmış həkim Vasif İsmayılın anası koronavirusdan vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə həkim özü məlumat paylaşıb.

V.İsmayıl bildirib ki, anası Hafizə xanım Mərkəzi Gömrük Hospitalında müalicə alıb. O, qırx gün koronavirusun fəsadları ilə mübarizə aparıb.

Həkim əlavə edib ki, sabah anasının 69 yaşı tamam olacaqmış. Hafizə xanım ad günündə torpağa tapşırılacaq.

Gununsesi.info