Vasif Məhərrəmli Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı görüntüləri paylaşdı - VİDEO

  • By admin
  • 30 Sentyabr 2022 12:11

Əməkdar artist Vasif Məhərrəmli gecə saatlarında ürək tutmasından vəfat edən müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı görüntülərini instaqramda paylaşıb.

Gununsesi.info xəbər verir ki, sənətçi videonu Rəhim Rəhimlinin özünün ona göndərdiyini qeyd edib.

“Ay Rəhim, Allah sənə rəhmət eləsin. Səndən incimişdim dostum, kaş ki inciməzdim… məclisə çağırmışdım, gəlmədin deyə mənə video çəkib atdın. Həyat niyə belə amansızdı, qardaş sənə qarşı heç bir incikliyim yoxdu. Amma kaş ki zəng edəydim, danışaydıq. Mənə deyirdin anamın ən çox istədiyi müğənni sənsən. Çox təmiz adam idin. Rəhim, bundan sonra bizə dostum kəlməsini kim deyəcək. Məkanın cənnət olsun, əziz dost”.

Sözügedən görüntülərdə isə Rəhim Rəhimli qaraciyərində problem olduğunu və bu səbəbdən ayaqlarının şişdiyini bildirib.

Müğənninin prodüseri müğənninin ürək xəstəliyindən vəfat etdiyini açıqlayıb.

Gununsesi.info