Gununsesi.info-nun xəbəri təsdiqləndi Vasif Talıbov Əhmədov Əhmədovu nazir vəzifəsindən uzaqlaşdırdı - SƏRƏNCAM

  • By admin
  • 28 İyul 2017 23:21

vasif ve ehmed ehmedov

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

***

Hələ bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun Ali Məclis sədri Vasif Talıbovun qəzəbinə tuş gəlməsi barədə  xəbər vermişdik.

Qeyd edək ki, Gununsesi.info-nun bununla bağlı xəbərində Əhməd Əhmədovun məzuniyyətə göndərildiyi, fəaliyyətinin yoxlanıldığı bildirilirdi. O da qeyd edilmişdi ki, Əhməd Əhmədova yaxınlığı ilə seçilən  daxili qoşunların komandanı da tutduğu vəzifədən azad edilərək, milli orduya göndərilib.

Gununsesi.info-nu bilgiləndirən mənbəmiz Əhməd Əhmədovun artıq vəzifəsindən rəsmən azad edildiyini deyib. Onun  səlahiyyətlərini müavini Səbuhi Novruzova verilib. Nazirin səalhiyyətlərini icra edən S.Novruzov Vasif Talıbovun yaxın qohumudur.

Gununsesi.info