Vasif Talıbov İlham Əliyevin inaqurasiya mərasiminə çağırılmadı - ÖZƏL

  • By admin
  • 16 Fevral 2024 12:36

Xəbər verdiyimiz kimi, 7 fevral növbədənkənar prezident seçkilərində yenidən ölkə başçısı seçilən İlham Əliyevin Milli Məclisdə inaqurasiya mərasimi keçirilib.

Mərasimdə hökumət üzvləri ilə yanaşı, Milli Məclisin deputatları da dəvətli olub. Ancaq Prezidentin andiçmə mərasimində Naxçıvandan olan deputat Vasif Talıbovun orada görünməməsi diqqətə səbəb olub.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Vasif Talıbov İlham Əliyevin inaqurasiya mərasiminə çağırılmayıb.

Məlumatda görə, o, bu tədbirə qatılmaq üçün Naxçıvandan Bakıya gəlsə də, son anda adının dəvətlilər siyahısında olmamasını öyrənib.

Elmar Elnuroğlu

Gununsesi.info