Vasif Talıbov müəllimlərə fəxri ad verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir sıra təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Abbasova Aynur Eldar qızına, Əliyev Elsevər İntiqam oğluna, Əsgərova Şəmsiyyə Həsən qızına, Quliyeva Atikə İbad qızına “Əməkdar müəllim” fəxri adı verilib.

Gununsesi.org