Vasif Talıbov ona vəzifə verdi

  • By admin
  • 26 Noyabr 2019 19:35

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasına yeni sədr təyin edilib. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 26-da fərman imzalayıb.

Fərmanla Rauf Feyzulla oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilib.

Qeyd edək ki , R.Əliyev bundan əvvəl “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışıb.

 

Gununsesi.org