Vasif Talıbova məxsus holdinqin adı dəyişdirildi

  • By admin
  • 06 Yanvar 2023 10:48

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub.

Gununsesi.info