Vasif Talıbovun evindən silah-sursat tapıldı - HƏBSLƏR VAR

  • By admin
  • 28 Yanvar 2023 08:29

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun evində axtarış aparılıb.

Gununsesi.info-nun “Gündəlik Naxçıvan”a istinadən verdiyi xəbərə görə, Şərur Rayon Polis İdarəsinin əməkdaşları  Vasif Talıbovun Aralıq kəndindəki evində  axtarış aparıb.

Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə Vasif Talıbovun əmisi nəvəsidir.

Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir.

Kənd sakinləri bildirir ki, polis Talıbovların yaşadığı evə qəfil basqın edib:

Naxçıvan MR DİN Şərur Rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzoda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat verməkdən imtina edib.

 

Elmar Elnuroğlu

Gununsesi.info