Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi - ÖZƏL

  • By admin
  • 31 Dekabr 2022 10:01

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun özü ilə yanaşı övladlarının da  vəziyyəti ürəkaçan deyil. 

Gununsesi.info-nun xəbərinə görə, Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov məzuniyyətə göndərilib.

Bir neçə gün əvvəl məzuniyyətə göndərilən Rza Talıbovun geri qayıdıb-qayıtmaması isə dəqiq bilinmir.

Onun üç gün əvvəl Naxçıvana yola düşdüyü deyilir.

Günay

Gununsesi.info