Vasif Talıbovun İran və Türkiyə sərhəd postundakı gömrükçüləri ilə bağlı qərar verildi - ALİ MƏCLİS SƏDRİNİN YÜK MAŞINLARI YOXLAMADAN KEÇMİRMİŞ

  • By admin
  • 05 Dekabr 2022 08:35

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən antikorrupsiya tədbirləri nəticəsində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova xidmət edən , onun qanunsuz varlanmasına göz yuman bir neçə gömrük orqanı əməkdaşı İran və Türkiyə sərhəd postundakı işindən uzaqlaşdırılıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərindən biri deyib.

Adının çəkilməsini istəməyən gömrük xidməti generalı bildirib ki, uzun illər iki qonşu ölkənin gömrük-keçid postlarında çalışan 16 nəfər şəxsdən bəziləri sərəncama götürülüb, bəzilərinin isə xidmət yeri dəyişdirilib: “Bəlli günlərdə, bəlli yük maşınları gəlirmiş. Həmin maşınlar gömrük yoxlamasından keçmədən Muxtar Respublikaya daxil olurdu. Bu şəxslərə belə göstəriş verilmişdi, ona görə də göz yumurdular. Artıq bu şeylər geridə qalıb, Naxçıvan gömrüyü də üzərinə düşən missiyanı qanunla həyata keçirir”.

Mətləb

Gununsesi.info