Vasif Talıbovun oğlu danışdı: - BU, BİRİNCİ DEYİL...

  • By admin
  • 21 Fevral 2022 13:15

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) Azərbaycanla bağlı bu dəfəki araşdırması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailəsi barədə olub.
OCCRP-nin açıqladığı araşdırmada iddia olunur ki, Talıbovlar ailəsi qanunsuz yollarla ölkədə külli miqdarda vəsaiti xaricə çıxarıb.
Gununsesi.info -ya eksklüziv  açıqlamasında Vasif Talıbovun oğlu Rza Talıbov yayılmış sənədlərin saxta olduğunu deyib: “Bu, Azərbaycana qarşı birinci böhtan deyil. Ona görə də geniş şərhə ehtiyacı yoxdur. Çünki, böhtandır”.

Taryel İbrahimli
Gununsesi.info