Vaşinqton Ermənistanda Paşinyanı dəyişmək hazırlığında: İki əhəmiyyətli məqam

  • By admin
  • 08 Fevral 2024 09:17

“Gallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxardıb.

Gununsesi.info xəbər verir ki, bu barədə politoliq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib. “Gallup” sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür.

“Digər tərəfdən, Vaşinqtonun Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Gallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur”, – deyə o bildirib.

Gununsesi.info