Vaşinqton OPEC-i neft hasilatını artırmağa çağırdı

  • By admin
  • 12 Avqust 2021 09:20

ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşlarına neft hasilatını artırmaqla bağlı çağırış edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O bildirib ki, məqsəd qlobal iqtisadi canlanma üçün təhdid olaraq görülən yüksək maye yanacaq qiymətləri ilə mübarizə aparmaqdır.

Qeyd olunur ki, qiymətlər nəzarətdə saxlanılmasa, qlobal dirçəlişə zərər verə bilər.