”Vaşinqton Suriyada səhv üstünə səhv buraxdı” – Makkeyn

  • By admin
  • 22 İyun 2016 17:47

mayken

 

Respublikaçı senator Con Makkeyn Vaşinqtonun Suriya ilə bağlı xeyli səhv etdiyini etiraf edib.

Gununsesi.info xəbər verir ki, Makkeynə görə məhz ABŞ-ın səhvləri ucbatından Rusiya Yaxın Şərqdə yenidən güclü oyunçuya çevrilə bildi.

CNN qeyd edir ki, ABŞ hərbi komandanlığının dəfələrlə təkrarlanan xəbərdarlığına baxmayaraq, Rusiya təyyarələri Amerika  meylli qüvvələri vurmağa davam edir.

“Bizə məlumdur ki, Rusiya qüvvələri ən əvvəldən İŞİD-i yox, mülayim müxalifəti bombalayıb.  Məlumdur ki, Putini ruslar və “Hizbullah” dəstəkləyir. Onu da bilirik ki, ruslar, İran və “Hizbullah” Suriyaya girmədən əvvəl Bəşər Əsəd istefanın astanasında  idi. Səhv üstünə səhv. İndi 1973-cü ildən, Ənvər Sadatın SSRİ-ni Misirdən çıxarmasından bu yana Putin Yaxın Şərqdə ən böyük oyunçuya çevrilir” – Makkeyn belə deyib.

Senator Cenevrədə keçiləcək növbəti görüşdə Suriyadakı müharibəni dayandırmağın bir yolunun tapılacağına ümid etdiyini bildirib. (Avropainfo)