

Vaşinqton Amerikan vətəndaşlarınn azad olunması üçün Tehrana 400 milyon dollar verib.
Gununsesi. info “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin rəsmisi Con Kirbi deyib. C. Kirbi Vaşinqtonun Tehrana Amerikan vətəndaşalırının azad olunması məqsədi ilə 400 milyon dollar verdiyini etiraf edib. O, deyib ki, hadisə 2016-cı ilin yanvarında baş verib. C. Kirbinin sözlərinə görə, Vaşinqton Tehrana pulu amerikalıların azad olmasına əmin olduqdan sonra verib: “Biz bu yolla İran hakimiyyətinə təzyiq rıçaqlarımızı saxlamış olduq”.
Qeyd edək ki, bir neçə gün öncə Amerika mediası Vaşinqtonla Tehran arasında 400 milyon dollarlıq gizli maliyyə sövdələşməsi barədə məlumat yayıb.
Tehran hələ Mühəmməd Rza Pəhləvi zamanında Amerikadan 1,7 milyard dollar həcmində qırıcı təyyarələr almaq üçün sənəd imzalayıb və bu məqsədlə ilk olaraq Pentaqonun xüsusi fonduna 400 milyon dollar köçürülür. Tehran isə bu pulu Vaşinqtondan geri almağı tələb edirdi. Ağ Ev də öz növbəsində bu pulların verilməsi müqabilində İranda həbsdə olan dörd Amerikan vətəndaşlarının azad edilməsini tələb edirdi.
Həmən 4 amerikalı 2016-ci ilin yanvarın 17-də azad edilərək ABŞ-a yola salınıb. Bundan əlavə olaraq Vaşinqton ABŞ da həbs edilən 7 İran vətəndaşını azad edib.
Gununsesi.info